May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artaraq 25,158.2 mln. manat olub.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 54.8% (13,784.7 mln. manat);
ıı) istehlak kreditləri – 29.7% (7,480.2 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.5% (3,893.3 mln. manat).
May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.