8 C
Baku
Friday, December 13, 2024

Bankların kredit portfeli tarixi maksimum olan 25 mlrd. manatı keçib

May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artaraq 25,158.2 mln. manat olub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Kredit portfelinin strukturu aşağıdakı kimidir:

ı) biznes kreditləri – 54.8% (13,784.7 mln. manat);

ıı) istehlak kreditləri – 29.7% (7,480.2 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.5% (3,893.3 mln. manat).

May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.

Son xəbərlər
Digər xəbərlər