Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 2026-cı ilin ikinci rübünün sonuna 31 milyard 814,5 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 6,8% artım deməkdir.
Banker.az saytının dərc etdiyi renkinqə görə, redit portfelinin həcminə görə bazar lideri ABB olub. Bankın kredit portfeli 7 milyard 80 milyon manata yüksəlib ki, bu da ilin əvvəli ilə müqayisədə 11,5% artım deməkdir.
İkinci yerdə Kapital Bank 5 milyard 420 milyon manatlıq kredit portfeli ilə qərarlaşıb. Bankın kredit portfeli ilin əvvəlindən 4% böyüyüb. İlk üçlüyü isə 3 milyard 432 milyon manat kredit portfeli ilə PAŞA Bank tamamlayıb. Bankın kredit portfeli hesabat dövründə 3,9% artıb.
İlk üç bankın ümumi kredit portfeli 15 milyard 932 milyon manat təşkil edib ki, bu da bank sektorunun ümumi kredit portfelinin təxminən 50,1%-nə bərabərdir.
İlin əvvəli ilə müqayisədə kredit portfelini ən yüksək templə artıran bank AFB Bank olub. Bankın kredit portfeli 59,8% artaraq 292,5 milyon manata yüksəlib. Sonrakı yerlərdə Bank Melli Iran Bakı filialı (54,4%) və Yapı Kredi Bank Azərbaycan (47,1%) qərarlaşıb. İlk beşliyi Ziraat Bank Azərbaycan (44,8%) və Bank of Baku (19,8%) tamamlayıb.








