9 C
Baku
Friday, December 13, 2024

Bankların kredit qoyuluşu 19% artdı

1 oktyabr tarixində ölkədə fəaliyyət göstərən bankların kredit qoyuluşu 17 129.5 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə bankların kredit qoyuluşu 323 mln manat artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit qoyuluşunda 2 729 mln manat yəni, 19% artım qeydə alınıb. Cari ilin əvvəllindən isə kredit qoyuluşları 2 140 mln manat və yaxud, 15% artıb.

Son xəbərlər
Digər xəbərlər