Tarixə nəzər salsaq şahidi olarıq ki, indiki  kredit kartlarının ilk sələfləri 1930-cu illərdə istifadəyə verilib. Lakin həmin kredit kartlar yalnız məhdud istifadələr üçün nəzərdə tutulmuşdu. Belə ki, Amerikada bəzi yanacaqdoldurma məntəqələri  və restoranlar yalnız öz şəbəkələrində istifadə etmək məqsədilə kredit kart tipli ilk kartları dövriyyəyə buraxırdılar.

Bir çox bankir və qurumlar tərəfindən indiki kredit kart anlayışını tam ehtiva edən ilk kredit kart isə 1958-ci ildə meydana çıxmışdır. Bu Bank Amerikanın “Bank Americard” adlı məhsulu idi. Həmçinin bu tarixi VİSA beynəlxalq ödəniş sisteminin əsasın qoyulduğu tarix kimi də qəbul etmək olar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Kredit kartlar – Bank tərəfindən ayrılan vəsait hesabına  müştərinin nağd və nağdsız əməliyyatları həyata keçirməsinə imkan verən bank məhsuludur. Müasir dövrdə kredit kartları bir çox əlavə üstünlük və funksiyalarla təchiz edilmişdir. Bunlara misal olaraq, taksit funksiyasını, cash-back funksiyasını, güzəşt müddəti (grace period) və s. misal göstərmək olar. Ölkədə fəaliyyət göstərən Bankların bir neçəsində müvafiq məhsullar təklif edilir. Bunlardan bəziləri yalnız kredit xətti özəlliyi daşısa da bəzilərinin əlavə olaraq taksit özəllikləri də var.

Banker.az monitorinq qrupu bu dəfəki araşdırmasında Banklarımızda təklif edən kredit və taksit kartlarını və onların ilkin şərtlərini təhlil edib. Həmin şərtlərlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Bank Kart Taksit imkanı Cash – back / Bonus Məbləğ Müddət Faiz Güzəşt müddəti

(Grace period)

Amrahbank Kredit kartı Yoxdur Yoxdur 300 – 10 000 AZN 3 – 12 ay 28%-dən başlayaraq 40 günədək

(bütün əməliyyatlar üzrə)

Azər-Türk Bank Kredit kartı Yoxdur Yoxdur 500 – 5000 AZN 12 ay / 24 ay 12 ay – 27%

24 ay – 28%

Yoxdur
Bank of Baku Bolkart Var Bonus 200 – 10 000 AZN 60 ay 26% – 29% 40 günədək

(nağdsız əməliyyatlar üzrə)

Bank Respublika Kredit xətti Yoxdur Bonus 500 – 10 000 AZN 12 ay 24% – 28% 45 günədək

(bütün əməliyyatlar üzrə)

Paykart Var Bonus 500 – 3000 AZN 60 ay 30% Yoxdur
Bank VTB Kredit kartı Yoxdur Yoxdur 300 – 10 000 AZN 12 ay / 24 ay 27% – 28% 45 günədək

(bütün əməliyyatlar üzrə)

Expressbank Expresso Yoxdur Cash – back 500 – 5000 AZN 24 ay 28% 35 günədək

(bütün əməliyyatlar üzrə)

Smilecard Var Cash – back 300 – 3000 AZN 48 ay 6% / 12%

(komissiya)

Yoxdur
Kapital Bank Birkart Var Cash – back 10 000 AZN-dək 36 ay 25% 40 günədək

(nağdsız əməliyyatlar üzrə)

NBC Bank Maxi Card Var Var 500 – 2000 AZN 36 ay 6% / 12%

(komissiya)

Yoxdur
Nikoil Bank Kredit kartı Yoxdur Yoxdur 300 – 30 000 AZN 6 – 36 ay 22% – 25% 35 günədək

(bütün əməliyyatlar üzrə)

Rabitə Bank Kredit kartı Yoxdur Yoxdur 300 – 5000 AZN 12 ay 29% İlk 30 gün ərzində

(bütün əməliyyatlar üzrə)

Turanbank Kredit kartı Yoxdur Cash – back 5500 AZN-dək 12 ay / 18 ay / 24 ay 26% – 28% İlk 30 gün ərzində

(bütün əməliyyatlar üzrə)

Unibank Albalı Plus Gold Var Cash – back 5000 AZN-dək 60 ay 29% 40 günədək

(bütün əməliyyatlar üzrə)

Yapıkredi Bank Wolrdcard Var Bonus Limitsiz 60 ay 28% – 30% 40 günədək

(nağdsız əməliyyatlar üzrə)