5 C
Baku
Saturday, December 14, 2024

Bankların may ayındakı “dollar tələbi” son 17 ayın minimumuna düşüb

Azərbaycanın suveren fondu ARDNF cari ilin may ayı ərzində banklara 312.82 milyon ABŞ dolları ekvivalentində xarici valyuta satılıb.

Banker.az xəbər verir ki, Mərkəzi Bankda may ayı ərzində 6 valyuta hərracı gerçəkləşib, bunun da ən çox valyuta satılan hərracı 27 may 2021, yəni bugünkü hərracda olub. Bu gün 63.7 mln. dollar həcmində xarici valyuta satılmışdır.

Cari ay ərzində banklara satılan dolların həcmi öncəki aydan 197.18 milyon manat, yaxud 39% az olub.

Bundan əlavə, may ayı son illərin “ən ölü” ayı kimi tarixə qovuşdu. Sonuncu dəfə bu qədər az məbləğdə xarici valyuta alışı 2020-ci ilin yanvar ayında 300.2 milyon dollar olmaqla qeydə alınmışdı.

232312312312313

Beləliklə, Dövlət Neft Fondu manatın qorunması üçün banklara 2021-ci ilin ilk 5 ayı ərzində 2 milyard 305.52 milyon dollar ekvivalentində xarici valyuta satıb. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 331.49 milyon dollar, yaxud 37% az olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər