Ölkədə baş verən 2 kəskin devalvasiyadan sonra əhali Banklarda manatda yerləşdirdikləri əmanətlərini sürətlə geri çəkməyə başladı. Ən yaxşı halda isə Bankların təklif etdiyi şərtlər çərçivəsində manat əmanətləri dollara və ya digər valyutaya konvertasiya edilirək saxlanılırdı. Nəticədə isə Banklar kəskin manat qıtlığı ilə üzləşdilər. Bu səbəbdən əmanətçilər üçün daha cəlbedici olsun deyə Banklar manat əmanətlərinə qısa müddətə yüksək faiz və digər əlverişli şərtlər təqdim etdilər.
Eləcə də oxu: Azərbaycanlılar dollarla əmanətə üstünlük verməyib
Əlverişli şərtlər və yüksək faizlər müştərilərin marağına səbəb oldu. Belə ki, yarana biləcək risklər fonunda müştəri Bankdakı vəsaitini geri çəkən zaman nisbətən daha az faiz itkilərinə məruz qalırdı.
Banker.az monitorinq qrupu bu dəfə Bankların 6 ay müddət manat əmanətlərinə təklif etdiyi şərtləri araşdırdı. Düşünürük ki, bu araşdırma vəsaitini manatda saxlayaraq qısa müddətə yüksək gəlir əldə etmək istəyən oxucular üçün faydalı olacaq.
[table id=499 /]
Bank Avrasiya | 6 aylıq əmanət mövcud deyil |
Banksilkway | 6 aylıq əmanət mövcud deyil |
ExpressBank | 6 aylıq əmanət mövcud deyil |
GünayBank | 6 aylıq əmanət mövcud deyil |
Naxçıvan Bank | 6 aylıq əmanət mövcud deyil |
Pakistan Milli Bankı | Məlumat yoxdur |
Paşa Bank | Şərtlər fərdi qaydada müəyyən edilir |