10 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Bankların təklif etdiyi debet kartlar – TƏHLİL

Bankların təklif etdiyi debet kartlar – TƏHLİL

0
Bankların təklif etdiyi debet kartlar – TƏHLİL

Bildiyiniz kimi son illərdə Respublikamızda Nağdsız  ödənişlərin stimullaşdırılması istiqamətində fəaliyyət gücləndirilməkdədir. Nağdsız ödənişlər iqtisadi inkişafa və şəffaflığa xidmət edir. Bu tip ödənişlər bir çox hallarda plastik kartlar vasitəsilə həyata keçirilir. Plastik kartlar – kredit və debet funksiyalı olmaqla iki növə ayrılır. Kredit kart istifadəçiləri Bank tərəfindən  ayrılan kredit xəttinin limiti həcmində istifadə imkanına malik olurlar. Debet kartlar isə müştərilərin şəxsi vəsaitindən istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu dəfəki bazar araşdırmamızla Respublikamızda fəaliyyət göstərən kommersiya Banklarının təqdim etdiyi debet kartlarının sizlər üçün maraqlı ola biləcək xüsusiyyətlərini təqdim edirik.

Aşağıdakı cədvəldə hər bir Bankın təqdim etdiyi kart növü, müddəti, illik xidmət haqqı, Banka məxsus ATM-lərdə nağdlaşdırma komissiyası və s. barədə məlumatlar öz əksini tapmışdır.

[table id=476 /]

Bəzi Banklar  öz debet kart istifadəçilərinə standart xidmətlərlə yanaşı əlavə xidmətlər və üstünlüklər də təqdim edir. Banker.az olaraq sizin üçün faydalı ola biləcək xüsusiyyətləri aşağıda diqqətinizə çatdırırıq.

“Cash-Back” imkanı – bu funskiya müştərinin kart vasitəsilə öz vəsaitindən istifadəsi zamanı xərclənən məbləğin bir hissəsinin karta geri qayıtmasıdır və aşağıdakı Banklar tərəfindən təqdim olunur.

Bankın adı Kartın adı Geri  qaytarılan faiz
“Bank Respublika” Bütün debet kartlar Istifadə edilən məbləğdən 25%-dək
“Bank of Baku” Bolkart debet kartları Istifadə edilən məbləğdən 20%-dək
“Express Bank” Bütün debet kartlar Istifadə edilən məbləğdən 20%-dək
“Kapital Bank” Bütün debet kartlar Istifadə edilən məbləğdən 10%-dək
“Unibank” Albalı Plus debet kartları Istifadə edilən məbləğdən 20%-dək
“Bank Silkwey” Miles debet kartları Ölkədaxili hər 8 AZN üçün 1 bal

Ölkəxarici hər 4 AZN üçün 1 bal

“Yapıkredi Bank” QSC Pul kart Istifadə edilən məbləğdən 20%-dək

 

“Depozit” funksiyası – bu funksiya kart hesabındakı müsbət qalığa Bank tərəfindən faiz məbləğinin hesablanmasıdır və aşağıdakı Banklar tərəfindən təqdim olunur:

Bankın adı Kartın adı Hesablanan faiz
“Access Bank” MyCard AZN-6%; USD-1%

Faiz hesablanması üçün minimum məbləğ – 500 AZN/USD

“Rabitə Bank” Visa kartmane AZN-12%-dək ; USD-2%-dək

Faiz hesablanması üçün minimum məbləğ – 100 AZN/USD

“Unibank” Albalı Plus Debet AZN-6%-dək; USD-0.5-dək%

“Contactless” funksiyası – bu funksiya təyin edilmiş məbləğədək  ödənişləri  kartı  Pos – terminala daxil etmədən, sadəcə yaxınlaşdırmaqla həyata keçirməyə imkan verir  və aşağıdakı bankların müvafiq kartlarında vardır:

  1. “Unibank” – Albalı Debet Contactless
  2. “Rabitə Bank” – MasterCard Standart Contactless

“Multivalyutalı” kart – bu funksiya 1 kartda 3 fərqli valyuta hesablarını özündə birləşdirir. Müştəriyə hər 3 hesabı idarə etmək üçün cəmi 1 ədəd PİN KOD təyin etmək imkanı verilir. Bu funksiya aşağıdakı 2 bank tərəfindən təqdim olunur.

  1. Acces Bank – Mycard kartları istisna olmaqla digər debet kartlar .

Xidmət haqqı – hər valyutaya görə əlavə 10 AZN.

  1. Kapital Bank – Visa Gold Trio kartı

Xidmət haqqı – Pulsuz.

Banklarımızdan yalnız ikisində təqdim olunan digər bir maraqlı funksiya isə Plastik Kart üzərində şəkillərin çap olunmasıdır Bu xidməti Xalq Bank və TuranBank təqdim edir.