Banklar tərfindən verilən kreditlərin hər zaman böyük bir hissəsi istehlak kreditlərinə aid olub. İlin ilk ayında verilən istehlak kreditlərinin sürətlə artmasına baxmayaraq növbəti aylarda bu sahə üzrə verilən kreditlərdə ciddi azalma müşahidə olundu.
Hazırda ölkədə verilən kreditlərin 40,2%-i istehlak kreditlərinin payına düşür. Bu göstərici ötən aylarla müqayisədə xeyli aşağı düşüb.
2015-ci il ərzində verilən kreditlərin dəyişmə tempi:
Onu da qeyd edək ki, ölkədə istehlak kreditləri ilə yanaşı digər sahələr üzrə verilən kreditlərdə də azalmalar müşahidə olunub. Lakin təkcə nəqliyyat və rabitə sahəsi üzrə verilən kreditlərdə artım qeydə alınıb. Belə ki, nəqliyyat və rabitə sahəsi üzrə verilən kreditlər ötən ay ilə müqayisədə 34.3mln manat və yaxud 4%-dən çox artım müşahidə olunub.
Bankların daha çox istehlak kreditlərinin verilməsinə meyl salmaları isə biznes bazarının büdrəməsinə səbəb yaradır. Bu isə təbii ki, ölkə büdcəsinə öz təsirini göstərir. Bankların istehlak kreditlərinə meyl etməsinin səbəbləri təbii ki, bir çoxlarına məlumdur. İstehsal kreditləri ilə müqayisədə məbləğin kiçik olması belə kreditlərin risk səviyyəsini aşağı salır. Həmçinin istehlak kreditlərinin gəlir səviyyəsi də nisbətən yüksəkdir. Yəni istehlak kreditlərin faiz dərəcəsi daha çoxdur.