22 C
Baku
Thursday, April 25, 2024

Bankomat necə işləyir?

Funksional cəhətdən və quruluşuna görə hər bir bankomat aşağı və yuxarı hissədən ibarətdir. Bankomatın aşağı hissəsi vərəqələrin verilməsi üçün nəzərdə tutulan seyfdir. Pullar ayrı hücrələrdə saxlanılır. Onların hər biri müxtəlif nominallı vərəqələr üçün nəzərdə tutulublar. Hücrələrin ümumi sayı 5-ə bərabərdir.

Nağd pulların hücrələrə qoyulması bankda baş verir, daha sonra isə seyf qapısı açarlarla bağlanılır və plomblanır. Nağd pulların hücrələrdən verilməsini xüsusi fider edir. O, banknotların hesablanmasına, standartlara uyğunluğunu və qüsurların olmamasına nəzarət edir.

Bankomatın yuxarı hissəsi istifadəçi ilə məlumat mübadiləsini gerçəkləşdirir. Burada displey, klaviatura və kartrider (kartı tanıyan cihaz) yerləşdirilib. Yuxarı hissənin içində isə cihazi idarə edən kompüter içliyi və qəbzləri çap edən printer var.  Hər bir qəbz iki nüxsədə çap edilir. Bir nüsxə istifadəçiyə verilir, digəri isə xüsusi kassetdə qalır. Bu istifadəçiyə öz qəbini itirdiyi halda belə əməliyyatı həyata keçirtməyə imkan yaradır.

Bankomatın işləməsində vacib nüanslardan biri prosessinq mərkəzi ilə əlaqəlidir. Bankomat mərkəzə istifadəçinin hər bir sorğusunu ötürür və oradan hərəkət etməyə dair əmr göstərişi alır. Prossesinqdən bank cihazın fəaliyyətinə nəzarət edir, yaranmış pozuntuları aşkar edir. Bankomatın prosessinq mərkəzi ilə əlaqəsi modem vaitəsi ilə və yaxud ayrılmış xüsusi əlaqə xətti vasitəsi ilə yaranır.

Bankomatda pul vəsaitlərin qorunmasını təmin etmək üçün xüsusi təhlükəsizlik tədbirləri görülür. Seyfin divarları cihazın ümumi çəkisini artıran qalın metaldan düzəldilib. Küçədə yerləşdirilmiş bankomatlarda seyfi qonşu binanın divarında gizlədirlər. Adətən bankomatlarda 1 və yaxud 2 izləmə kameraları olur. Sistemi sındırmaq cəhdləri olan zaman sistem hücrələrdə olan vərəqələri xüsusi mürəkkəb ilə bulaşdırırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər