Pis o bankomatdır ki, gələcəkdə bank olmağı arzulamır.
Müasir həyatımızı bankomatlar olmadan təsəvvür etmək mümkün deyil. Lakin insanlar uzun müddət bankomat olmadan da maliyyə məsələlərini həll etməyi bacarmışlar. Dünyada ilk bankomat isə öz növbəsində 1967-ci ildə peyda olmuşdur.
Barclays bankı inqilabi, novator və strateji təhlükəli addım ataraq öz ofisinin yanında elektron kassir quraşdırır. Yoldan keçən insanlar onlar üçün naməlum olan bu cihaza toxunurdular və bu zaman bundan ən çox narazı olan banklar idi. Mexaniki qurğu müştəri ilə danışmır, ona hər hansısa xidməti təklif etmir və istifadəçinin nə dərəcədə imkanlı olduğunu yoxlaya bilməzdi. Bununla yanaşı, dəmir qutuda pulların təhlükəsizliyi hamıda şübhə yaradırdı. Və ən əsası da bu yeniliyin dəyəri 18 000 dollar idi.
İstehsalçılar öz “yeniliklərini” populyarlaşdırmaq məqsədilə əllərindən gələni edirdilər. Onlar tərəfindən aparılan araşdırmalar sübut edir ki, əməliyyatçılar müştərilər ilə növbələrdən qaçmaq üçün müştərilərlə ünsiyyətə girmirlər və üstəlik də, onlara əlavə xidmətlər təklif etmirlər. 1,5 santimetrdən çox “köklüyə” sahib olan polad qurğu vəsaitləri istənilən mühafizəçidən daha yaxşı qorumağa qadir idi.
Bankomat istehsalçıları zamanla reklama geniş yer ayırmağa başlayırlar. Barclays bankdan bir qədər sonra bankomat quraşdırmış Chemical belə bir sloqan yaratmışdı: “Bizim filialımız sabah saat 9-da qapılarını açacaq və bir daha bağlamayacaq!”. Bankomatln populyarlaşması sualı zaman işi idi.
1975-ci ildə planetdə artıq 5000-dən çox bankomat quraşdırılmışdı. Bu bankomatlardan 3000-i isə 500-dən çox Amerikan bankına məxsus idi.
Hər 5 dəqiqədə isə dünyada 1 bankomat quraşdırılır. Aparılan hesablamalara görə hər bir bankomat 1 ay ərzində 6500 əəmliyyat icra edir. Nağd pulların verilməsi heç də bütün bankomatların icra etdiyi yeganə iş deyil. Bəzi bankomatlar tələblərə uyğun olaraq qızıl külçə və sikkə də təqdim edə bilər.