6 C
Baku
Sunday, December 15, 2024

Bankomatlardan istifadənin təhlükəli olduğu ölkələrin adları açıqlandı

“Sberbank” Rusiyalılara Hindistan, İngiltərə, İndoneziya, Kanada, Amerika kimi ölkərdə bankomantlardan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edib.

Bankın mətbuat xidmətinin məlumatında deyilir ki, bu ölkərdə skimminq qurbanı (bank kartı fırıldaqçılığı növü-red.) olma riski daha çoxdur.

“İnsanlar səyahət zamanı, ölkədən asılı olmayaraq kibertəhlükəsizlik ilə bağlı sadə qaydalara riayət etmələrini tövsiyə edirik. Kartla birlikdə PIN kodu saxlamayın, kartı etibarlı yerdə saxlayın, klaviaturanı PIN kodu daxil edən zaman əliniz ilə örtün, şübhəli şəxslərin bankomatların yanında yoxluğundan əmin olun, şübhələr yaranan zamanı bankomatlardan istifadə etməyi dayandırın”, – deyə bankın məlumatında bildirilir.

Bankın son tövsiyəsi isə xüsusilə Hindistan, İngiltərə, İndoneziya, Kanada, Amerika kimi ölkələrə səyahət edən turistlər üçün aktualdır. Bu ölkələrdə skimminq qurbanı olma riski daha yüksəkdir.

Bankdan deyiblər ki, yay məzuniyyəti zamanı bank kartlarının oğurlanması hallarında azalma baş verir, amma kartlarının özlərinin itkisi ilə bağlı hadisələrin sayı isə artır: “Populyar istirahət yerlərində, itkilərin olma ehtimalı da çoxalır”.

Ekspertlər isə deyir ki, səyahət zamanı bank kartları nağd pulların itkisi zamanı olduqca gərəkli olur.

©Facemark.az
Son xəbərlər
Digər xəbərlər