Banker.az saytı bu məqalədə bankomatların necə qarət edilməsi və təhlükəsizlik tədbirləri məsələsinə toxunub.
Bankomatı qarət etməyin bir neçə yolu var. Bəzi qarətçilər üçün yük avtomobili və perforator lazım gələcək. Digərləri üçün isə əl çevikliyi və plastik parçası. İlk olaraq qeyd edilən qarətçilər bankın təhlükəsizlik xidmətini, ikincilər isə bankomat vasitəsilə pul nağdlaşdıran adi plastik kart sahiblərini narahat edir. Həmçinin xakerləri də unutmaq olmaz. Bir neçə sətir şifrə və bankomat özü pulları ona bəxş edəcək.
Maliyyə sahəsində texnologiyanın inkişaf etməsi ilə bankomatlar fırıldaqçıların tamahına səbəb olan alətlər sırasında liderliyini itirməyə başlasa da, qarətçilər vətəndaşların pullarını qarət etmək üçün tez-tez bu cihazdan istifadə edirlər. Bankomatdan pul oğurlamaq üçün fırıldaq, virus və fiziki güc üsullarını ayrılıqda nəzərdən keçirək:
- Skimming – bankomata kredit kartı məlumatlarının sürətini çıxarmağa imkan verən xüsusi örtüklərin, həmçinin kartın PIN-kodunu öyrənməyə imkan verən gizli kameranın quraşdırılmasıdır. Fırıldaqçılar bu yolla əldə etdikləri məlumatlar hesabına qurbanın sahib olduğu plastik kartın saxtasını yaradır və onunla istifadəçinin pullarını ələ keçirirlər.
- Cash trapping – pulların çıxdığı hissəyə xüsusi yapışqan örtüyün vurulmasıdır. Bu örtük pulların çıxışını blok edir. Fırıldaqçının əsas məqsədi – müştərinin bankomatda pul olmadığını zənn etməsini və çıxıb getməsini təmin etməkdir. Bu zaman müştəri kartını götürəcək və gedəcək. Fırıldaqçı isə gəlir və lenti çıxararaq pulları əldə edir.
- Card trapping – kartın bankomata daxil edildiyi hissəyə kartın çıxışını blok edən xüsusi cihazın yerləşdirilməsidir. Burada isə fırıldaqçının məqsədi kart sahibinin kömək üçün bankomatdan uzaqlaşmasını təmin etməkdir. Kart sahibi getdikdə isə qarətçi xüsusi alətin köməkliyi ilə karta sahib olur.
Virusların köməkliyi ilə bankomatı necə qarət edirlər?
- Şpion viruslar – fırıldaqçının uzaq məsafədən də olsa bankomata daxil edilən bank kartı haqqında texniki məlumata və PIN-koda sahib olmasını təmin edir.
- Nağd pul ovçuları isə bankomatı xüsusi virusa yoluxdurur və bu virus sayəsində banknotların saxlanıldığı hissəyə daxil ola bilirlər.
Bankomat fiziki güc qarşısında nə dərəcədə davamlıdır?
Digər vasitələrdən istifadə etməyən fırıldaqçılar bankomatı ya bütünlüklə aparmağa, yaxud da onu yerindəcə açmağa çalışırlar. Bankomat bu kimi hücumlardan necə qorunur:
- Müşahidə kameraları ATM-in ətrafınada baş verən şübhəli davranışları qeydə alır. Müasir texnologiyalar bankomatın sıradan çıxarılması halında belə kameranın bankomatda baş verənləri lentə almasına imkan verir. Bu zaman adətən iki – bankomatın içərisində və obyektdən bir qədər kənarda quraşdırılmış kameradan istifadə olunur.
- Bankomatın korpusu qalın metal divarı ilə pulları qoruyur. Bu divar perforatın təsirlərinə effektiv müqavimət göstərir.
- Zərbə və yaxud bankomatın yarılmasına reaksiya verən ötürücülər. Bu ötürücülər məlumatı mühafizə işçilərinin pultlarına siqnal olaraq göndərir ki, onlar da bir neçə dəqiqə ərzində hadisə yerinə gəlirlər.
- Bankomat divara bərkidilmiş olduğu halda onun oradan qopardılması üçün yük nəqliyyat vasitəsi tələb olunur. Bankomatın öz çəkisi isə təqribən 4 tondur.