2 C
Baku
Saturday, December 14, 2024

Bankomatların işi ilə bağlı maraqlı faktlar

Artıq uzun illərdir ki, bankomatlar “yenilik” hesab edilmir. Hətta yaşlı nəslin nümayəndələri belə mütəmadi olaraq bu cihazlardan istifadə edirlər. Lakin biz çox nadir hallarda bankomatın iş prinsipləri barədə düşünürük. Banker.az saytı olaraq bankomatların iş prinsipləri ilə bağlı bir çoxlarını məlumatsız olduqları faktları təqdim edirik:

1 dəfəyə 40 banknot:

Bankomat 1 əməliyyat zamanı 40 banknotdan artıq pul çıxarmır ki, bu onun nağdlaşdırma mexanizmi ilə əlaqədardır. Adətən ekranda müəyyən nominallar təklif edilir və buna görə də, nağdlaşdırma edərkən bankomatdan 1 dəfəyə maksimum nə qədər vəsait əldə edə biləcəyinizi hesablaya bilərsiniz.

Düşünmək üçün zaman:

Bankomat tərəfindən verilən pulları 30 saniyə ərzində götürmək lazımdır. Əks halda onlar bankomat tərəfindən geri götürüləcək. Kartı isə bankomat onu geri qaytardıqdan 40 snaiyə sonra götürmədikdə, o bankomat tərəfindən saxlanılır. Məbləğ üzərində 15 saniyədən artıq düşündükdə ekranda “Daha çox vaxt lazımdır?” şəklində yazı peyda olduqda məbləği əks etdirən ekrana geri qayıtmaq üçün “Bəli”-ni seçmək kifayətdir.

Pul kasetləri:

Pullar bankomatda kaset adlanan hissədə saxlanılır və bankomatda bir neçə kaset (4-6) ola bilər. Bu kasetlərin hər biri isə konkret banknota uyğun olaraq quraşdırılıb və bir kasetə 2,5 min banknot yerləşir. Müştərilərin bir çoxunu narahat edən sual bankomatın banknotun saxta olub-olmamasını və nominalını necə ayırd etdiyidir. Bu sualın cavabı isə “Heç cür”-dür. Heç bir standart bankomat banknotun nominalını və saxta olub-olmadığını yoxlamır. Pulların kasetlərə yerləşdirilməsi isə kassirin belə desək “vicdanından” asılıdır.

Bankomatın qorunması şərtləri:

Küçələrdə olan bankomatlar nəmişliyə qarşı 100%-lik qorunmaya sahibdirlər. Lakin onlar soyuğa qarşı həssasdırlar. Bəzən temperatur mənfi 10-15 dərəcəyə endikdə bankomatlar işə düşməyə, pulların verilməsi mexanizmini blok edə və s. iş pozğunluqlarına yol verə bilər.

Məşhur bankomat istehsalçıları:

Dünyanın ən məşhur bankomat istehsalçı şirkətləri – Wincor Nixdorf, Diebold və NCR Corporation-dır.

Bankomatdan düzgün istifadə qaydaları:

Təəssüflər olsun ki, bankomatla edilən fırıldaqçılıq haqqında məlumatlar artmaqdadır. Bu fırıldaqçılıq hallarından qorunmaq üçün isə aşağıdakı əsas qaydalara riayət etmək lazımdır:

  • İmkan daxilində bələd olduğunuz bankomatlardan istifadə etmək lazımdır. Cihazın xarici görünüşündə (klaviatura, kartı daxil etdiyiniz hissədə) dəyişiklik gördüyünüz halda həmin bankomatdan istifadə etməmək və digər bankomat axtarmağınız məsləhətdir;
  • PIN-kodu daxil edərkən klaviaturanı əliniz ilə gizlətməyiniz mütləqdir;
  • Ən təhlükəsiz bankomatlar bankın ərazisində yerləşən cihazlardır. Belə ki, onlar mütəmadi olaraq bank əməkdaşları tərəfindən yoxlanılır. Lakin bu cəhətin özü də 100%-lik təhlükəsizliyə zəmanət vermir.
Son xəbərlər
Digər xəbərlər