17 C
Baku
Sunday, May 5, 2024

Bankrot — mahiyyət, anlayış, bankrot növləri

Bankrot, iflas – (italyanca – bancorotto – müflis, banco – oturacaq və rotto – sınmış) – müflisləşmiş borclu deməkdir. Təsbit olunan müddətdə ödənişə tələb edilən ödənilməmiş borcun məbləği məxsus daşınar və daşınmaz əmlakın sənədləşdirilmiş həcmini aşdıqda fiziki və hüquqi şəxs iflas elan edilir.

Müflisləşmə — borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması deməkdir. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:

a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya;

b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya;

c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir.

Bazar iqtisadiyyatı şərtləri daxilində müəssisənin öz fəaliyyətinə görə daşıdığı məsuliyyət müəssisənin öz kreditorlarına məhsullar, iş, xidmətlərə görə ödəniş etmək iqtidarında olmadıqda külli miqdarda itkinin formalaşması və istehsal prosesinin maliyyələşməsi olmadıqda, yəni müəssisənin bankrot olması baş verdikdə həyata keçirilir.

Bankrot

Beləliklə, bankrot elə sahibkarlıq subyektidir ki, vəsait çatışmazlığı üzündən və öz borc öhdəliklərini yerinə yetirə bilmədiyinə görə müəssisə cari fəaliyyət növünü dayandırmalı olur.

Bankrotun xarici səbəbləri

•    1. İqtisadi: inflyasiya, resursların qiymətinin qalxması, tərəfdaşların iflas olması, iqtisadiyyatın və ya istehsalatın tənəzzülü, yüksək vergi qoyuluşu.
•    1. Siyasi: cəmiyyətdə siyasi stabilliyin olmaması, iqtisadi bağların qırılması, idxal və ixrac şərtlərinin pisləşməsi, satış bazarlarının itirilməsi;
•    3. Demoqrafik:  əhalinin rifah səviyyəsi, sayı və tərkibi, belə ki bu əhalinin müəyyən məhsul və xidmətlərə görə ödəmə qabiliyyətini müəyyən edir,
•    4. Elmi texnoloji tərəqqinin inkişafı nəticəsində beynəlxalq rəqabətin artması.

Bankrotun daxili səbəbləri

•    1. İstehsalın təşkili, həmçinin texnika və texnologiya çox aşağı səviyyədədir;
•    2. Istehsalın çox aşağı səviyyədə təşkil olunması ilə əlaqədar olaraq şəxsi dövriyyə kapitalında defisit yaranır;
•    3. Natamam istehsalın, hazır məhsul ehtiyatlarının həddindən çox olması və bununla əlaqədar olaraq dövriyyə kapitalında defisit yaranır ki, bu isə təsərrüfat sahibini borca girməyə məcbur edir.

Bankrot kabusu

•    4. Müəssisə özü üçün sərfəli olmayan şərtlərə borc vəsaiti cəlb etmək məcburiyyətində qalır, bu isə məsrəflərin artmasına və rentabelliyin aşağı düşməsinə səbəb olur, müəssisə özünü maliyyələşdirmə qabiliyyətini itirir;
•    5. İstehsal fəaliyyətinin kifayət qədər sürətlə genişlənməsi, bunun nəticəsində məsrəflər, ehtiyatlar və debitor borcların həcmi satışdan daha çox  sürətlə böyüyür;
•    6. Resurslardan səmərəsiz istifadə zamanı effektivliyin aşağı düşməsi, həmçinin müəssisənin istehsalı gücünün zəifləməsi nəticəsində maya dəyərin və xərclərin artması, bunun nəticəsində şəxsi kapital olduqca qısa müddət ərzində tükənir;
•    7. Müəssisənin sifarişçiləri öz borclarını vaxtında ödəmir, ona görə də müəssisə özü borca girmək məcburiyyətində qalır.

Bankrot bir neçə növə bölünür

•    1. Real Bankrot – bu şəxsi kapitalın və borc kapitalının real itkisi ilə əlaqədar olaraq, müəssisənin öz ödəmə qabiliyyətini bərpa etməsinin qeyri mümkün olduğu haldır;
•    2 müvəqqəti(şərti) bankrot –müəssisədə balansda aktivlərin passivləri üstələməsi, debitor borcların yüksək səviyyəsi; müəssisənin kənardan idarə edilməsi zamanı onun ödəmə qabiliyyətini bərpa etmək şansları var.

“Boş pulqabı”

•    3. Saxta bankrot – müəssisə yalandan özünün ödəmə qabiliyyətini itirdiyini elan edir ki, öz maliyyə öhdəliklərinin yerinə yetirilməsi zamanı kreditorları aldadaraq, onlardan müəyyən güzəştlər əldə etsin;
•    4. Məqsədli bankrot – müəssisə rəhbərliyi bilərəkdən ödəmə qabiliyyətinin itirilməsi haqqında bəyanat verir ki, müəssisənin vəsaitlərinin şəxsi məqsədləri naminə mənimsəsinlər və ya talan etsinlər.

Düzgün və ağıllı idarəetmə zamanı  rəhbər maliyyə, istehsal və investisiya faktorları ilə bağlı risk ehtimallarını azalda bilər. Bu zaman həmişə yadda saxlamaq lazımdır, ki şəxsi kapitalın icazə verdiyindən artıq riskə yol vermək olmaz

Son xəbərlər
 ⁠
Digər xəbərlər