Banqladeş Mərkəzi Bankı (MB) ölkənin maliyyə qurumlarından nağd pul çıxarılmasını gündəlik 100 min Banqladeş takası (təxminən 850 ABŞ dolları) səviyyəsində məhdudlaşdırmağı xahiş edib.
Bu barədə ölkənin MB-sinin dərc olunmuş direktivində deyilir.
Qeyd olunur ki, ölkədən nağd pul çıxarılmasına limit qoyulmasına baxmayaraq, hesab sahibləri istənilən məbləğdə vəsaiti başqa hesaba köçürə və ya 100 min takadan yuxarı həcmdə rəqəmsal əməliyyatlar apara bilərlər.
MB, həmçinin çeklə ödəniş etməyi tövsiyə edib. Məhdudiyyətin nə qədər müddətə qüvvədə olacağı bildirilmir.