27 C
Baku
Saturday, July 27, 2024

Banque de France: 2021-ci ildə işsizlik pik həddə çatacaq

Fransada COVID-19 pandemiyasından sonra ölkə iqtisadiyyatı iki ilə ancaq dirçələ biləcək.

Bu fikir “La Banque de France”ın hesabatında yer alıb.

Bankın hesabatında qeyd edilib ki, koronavirus pandemiyası ölkədə məşğulluq sahəsində də problemlər yaradıb. Cari ilin mart ayında 2019-cu illə müqayisədə 2,3 faiz və ya 453 800 iş yeri itirilib. Məşğulluq səviyyəsi 2021-ci ildə stabilləşəcək. 2021-ci ilin ortalarına işsizlik pik həddinə – 11,5 faizə çatacaq.

Eyni zamanda, “La Banque de France” 2021-ci ildə ÜDM-in 7 faiz, 2022-ci ildə isə 4 faiz artacağını proqnozlaşdırıb.

Bankın hesablamalarına görə, məişət istehlakı ritmi artmalıdır. Ölkədə 2020-ci ildə məişət istehlakı 9,3 faiz, alıcılıq qabiliyyəti isə 0,5 faiz aşağı düşüb. 2021-ci ilin ortalarınadək vaksinin gəlişi vəziyyəti dəyişə bilər.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər