16 C
Baku
Friday, April 26, 2024

“Barselona” Kumana 12 milyon avro təzminat ödəyəcək

“Barselona”dan qovulan Ronald Kumanın qazanacağı təzminat haqqı müəyyənləşib.

Rəhbərlik tərəfindən istefaya göndərilən niderlandlı mütəxəssis 12 milyon avro əldə edəcək.

Ötən ilin yayında kataloniyalılarla iki illik müqavilə imzalayan 58 yaşlı çalışdırıcı La Liqanın XI turunda “Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra postundan qovulub. O, “Barsa”da olduğu müddətdə bir dəfə İspaniya Kral Kubokunu qazanıb.

Qeyd edək ki, “Barselona”nın bu posta keçmiş kapitanı Xavi Ernandesi gətirməsi gözlənilir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər