11 C
Baku
Thursday, May 16, 2024

Baş əməliyyatçı / əməliyyatçı vakansiyası – Rabitabank

Baş əməliyyatçı / əməliyyatçı vakansiyası

Əsas vəzifələr:

  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və  xidmətləri haqqında ətraflı, dolğun məlumat verir;
  • Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar  barədə müvafiq orqanlara arayışlar hazırlayır ;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatların hazırlayır;
  • Əmanət hesabı, kommunal ödəniş, SPK, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirir;
  • Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəcamların silinməsini yoxlayır;
  • Keçirilən layihə, tədbir və aksiyaları filialda koordinasiya edir;
  • Müvafiq strukturları tərəfindən tələb edilən sorğuların cavablandırılmasını təmin edir;
  • Əməliyyatlar üzrə sənədləşmənin tamlığına məsuliyyət daşıyır;
  • Kassanın açılıb, bağlanılmasında və açarın saxlanılmasında iştirak edir
  • Marketinq məhsullarının (poster, flayer və digər promo materialların) kifayət sayda olmasını təşkil edir;
  • Filialdaxili arxiv işinin aparılmasını təmin edir;
  • İşinin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər verir.

Namizədə olan tələblər:

  • Ali təhsil (iqtisadiolması arzuolunandır)
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq;
  • Əməliyyatların icra edilməsində yüksək operativliyə sahib olmaq;
  • Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər