11 C
Baku
Friday, November 15, 2024

Baş bankir 2022-ci ildə də manatın məzənnəsinin sabit qalacağını deyir

“Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşününrəm ki, əhalimizin milli valyutaya inamı artıb”.

Banker.az xəbər verir ki, bunu press-konfrasında Azərbaycan Mərkəzi Bankının  sədri Elman Rüstəmov deyib.

“Cari ildə də manatın məzənnəsi sabiyt olacaq və dayanıqlılığı qorunub saxlanılacaq”.

Sədr əlavə edir ki, Azərbaycanda valyuta bazarı 2021-ci ildə tamamilə neytral bazarla üzləşmişik. 2022-ci ildə bu neytrallığın qorunacağı gözlənilir.

O bildirib ki, Azərbaycanda valyuta ehtiyatlarının artması onu göstərir ki, daha çox qənaət edilir. Yəni neft və qaz ixracından gələn gəlirlərimizi daha çox yığırıq, valyuta ehtiyatlarımızı artırırı.

“AMB əgər valyuta bazarında 230 milyon ABŞ dollardan çox vəsait alırsa, bu o deməkdir ki, biz əksinə manatın məzənnəsinin daha da möhkəmlənməsinin qarşısını almışıq”- deyə, baş bankir deyir.

 

Son xəbərlər
Digər xəbərlər