32 C
Baku
Tuesday, July 16, 2024

“Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var”

“Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var”.

Banker.az xəbər verir ki,  bunu press-konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

“Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək”,- Kazımov deyib.

Taleh Kazımov “maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm”deyib və əlavə edib:

“Təmziləyici qurumun rəhbəri olaraq maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm. Sektor üçün əsas risklər – kredit riski və əməliyyat riskidir. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Bankların əksəriyyəti pərakəndə bankçılıqda fəaliyyət göstərir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7%-dir. İqtisadiyyatımızın durumu nöqteyi-nəzərdən maliyyə sektorumuz çox güclüdür. Siz soruşsanız ki, “maliyyə sektorunun durumundan razısınız?”, sozsüz ki, “yox”. Qarşıya qoyduğumuz islahatlardan irəli gəlir ki, bizim maliyyə sektorumuz iqtisadi inkişafda rolu artsın, onlar həm risklərin idarə edilməsi sahəsində, həm korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar, bununla öz maliyyə dayanıqlıqlarını gücləndirsinlər. Əsasən də, istəyimiz odur ki, əhalinin əmanətləri, onların hüquqları müdafiə olunsun və iqtisadi inkişafa dəstək olsunlar”.

 

Son xəbərlər
Digər xəbərlər