“Hazırda Azərbaycanın bank sektorunda 7,4 milyard manat əmanət var, bunun isə 6,4 milyard manatı qorunur”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Gələn il mart ayında banklara əmanət qoyuluşuna dair bir sıra yeniliklərlə çıxış edəcəyik”, – o qeyd edib.