-1 C
Baku
Sunday, December 15, 2024

Baş bankir Ağbalın açıqlaması ardından Türk lirəsi qalxır – USD/TRY 7.09

Türkiyə Mərkəzi Bankının (TCMB) yeni rəhbəri Naci Ağbal “Reuters” informasiya agentliyində bir sıra mühüm açıqlamalar verib. O, müsahibəsində sərt pul siyasətinin olmasının uzun sürən davamlı səbəb olmasına “keçmiş təcrübələrə” əsaslandığı bildirir.

Bildirək ki, hazırda ölkədə faiz dərəcəsi 17%-dir. TCMB dekabrın son dekadasında sərt montar siyasəti tətbiq etməklə faiz dərəcəsini 15%-dən daha 2% bəndi arıtmışdı.

Bu arada Türkiyədə dolların qiyməti bir qədər də ucuzlamaqla 7.0886 lirəyə qədər azalıb. Söhbət Bakı vaxtı ilə saat 12:50 radələrinə olan göstəricidən gedir. USD/TRY məzənnəsi 6 noyabrda artmaqla 8.50-lərin üzərinə qalxmışdı.

Lakin, Ağbalın açıqlamasına görə, faiz endiriminin uzun müddət gündəmdə olmayacağını da bildirib. O, 2021-ci il üzrə inflyasiyanın 9.4%-ə qədər azalacağını bildirib.

“Bununla belə, yuxarı risklər də bu proqnozlarda əhəmiyyətli olaraq qalmaqdadır. Bu səbəbdən sərt pul siyasətinin uzun bir müddət saxlanılması zərurətdir” – deyə, TCMB rəhbəri qeyd edir.

Ağbalın fikrincə bu il TCMB valyuta ehtiyatlarını 21 milyard dollar artıcı istiqamətdə irəliləyəcəyini gözləyirlər.

Qeyd edək ki, ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2.207 milyard ABŞ dolları, yaxud 2.4 % artaraq 95.536 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər