4 C
Baku
Tuesday, December 24, 2024

Baş direktor: Ələt limanının 2-ci fazasında Avropaya gedən yüklərin çoxu konteynerləşəcək

Ələt limanında 15 milyon ton yükaşırma gücünə malik 1-ci faza artıq yekunlaşıb, 2-ci fazanın tikintisi nəzərdə tutulur.

Bu barədə jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, bu, növbəti mərhələdə 25 milyon tonadak yükün Ələt limanından daşınmasına imkan verəcək.

“Sözügedən yükün əsas hissəsi konteynerlər olacaq. Həm Çindən Avropaya gedən, eyni zamanda Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya gedən yüklərin çoxu konteynerləşəcək. Ona görə də, Azərbaycan, Qazaxıstan və Çin arasında əldə edilən razılaşma böyük əhəmiyyət daşıyır. Çünki Çin və Qazaxıstandan Avropaya daşınan yüklər Ələt limanından keçərək İntermodal Yük Terminalında müxtəlif növ nəqliyyat vasitələrilə son mənzilə çatdırılacaq. Bu, həm dəmir yolu, həm avtonəqliyyat vasitəsilə mümkün olacaq”.

T.Ziyadov, həmçinin vurğulayıb ki, Qazaxıstanın da ixracı Azərbaycan üzərindən reallaşacaq: “Bu, təqribən 4 milyon tona yaxın yükdür”.

Son xəbərlər
Digər xəbərlər