Bank haqqında
“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.
“Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında öncül rolunu oynayıb. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.
Vəzifə: Baş Mühasib
Əsas vəzifə və öhdəliklər
Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu , Vergilər Nazirliyi və s)
Vergi uçot işinin təşkili və optimallaşdırılması
Maliyyə və vergi üzrə uçotun müqayisəli şəkildə açıqlanması
Bankın vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) bank tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması
Bank tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin vergi uçotu üzrə reyestrindəki məlumatların (köhnəlmə, təqdim olunma və ya silinmə, təmir norması və s.) vergi məcəlləsində bu uçota aid maddələrin tələbinə uyğun yoxlanılması və düzgünlüyünün təmin edilməsi
Digər fondlara (DSMF) əmək haqqı üzrə tutulmaların yoxlanılması və düzgünlüyünü təmin edilməsi
İlin yekunu üzrə audit şirkəti tərəfindən hazırlanmış Maliyyə hesabatlarının yoxlanılması və lazımı düzəlişlərin edilməsi və s.
Seçim meyarları
Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA)
Bank sahəsində baş mühasib vəzifəsində 3 il iş təcrübəsi
Azərbaycan dili – əla, rus və ingilis dilləri – yaxşı
MS Office proqramları ilə işləmə bacarığı
Yüksək təhlil qabiliyyəti
Təzyiq altında işləmə bacarığı
İş şərtləri
Iş vaxtı: 5 iş günü, 09.00-18.00
İş yeri: Baş Ofis
Əmək haqqı: təcrübədən asılı olaraq
Müraciət üçün son tarix: 05/08/2016
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Baş Mühasib sözünü qeyd etməyi unutmayın.