16 C
Baku
Thursday, April 25, 2024

Baş mühasib bu şəxslər olmalıdır – Prezident maliyyə qurumlarının fəaliyyətinə dair qanunda dəyişikliyi təsdiqlədi

“Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu Azərbaycan Prezidenti İlham Əliyev təsdiqləyib.

Banker.az bu barədə Prezidentin sərəncamına istinad edir.

Qanunda deyilir,

Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 37.2.1-1-ci maddə əlavə edilsin:

“37.2.1-1. baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır;”;

1.2. 44.1.3.3-cü maddədən “mühasibat balansları, mənfəət və zərərlər haqqında” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 78.9-cu maddə əlavə edilsin:

“78.9. Sığortaçı tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”;

1.4. 91.2-ci maddəyə “malik olmalıdır” sözlərindən sonra “, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır” sözləri əlavə edilsin;

1.5. 100.1.1-ci maddədə “mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını” sözləri “mühasibat uçotu sənədlərini” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.2-ci maddənin ikinci cümləsinə “malik olmalıdır” sözlərindən sonra “, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 20.4-cü maddə əlavə edilsin:

“20.4. BOKT tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”.

Maddə 3. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 24.4.3-cü maddədə “maliyyə” sözü “mühasibat” sözü ilə əvəz edilsin;

3.2. 30.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“30.2. İnvestisiya fondları və onların idarəçiləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edirlər.”;

3.3. aşağıdakı məzmunda 40.2-1-ci maddə əlavə edilsin:

“40.2-1. Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;

3.4. 46.20.2-ci maddədə “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

3.5. aşağıdakı məzmunda 48.1.13-1-ci maddə əlavə edilsin:

48.1.13-1. investisiya fondları və onların idarəçiləri tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarət edilir;”.

Maddə 4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 63.2-1-ci və 83.0.10-1-ci maddələr əlavə edilsin:

“63.2-1. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;

“83.0.10-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarət etmək;”.

Maddə 5. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası Qanununun “mühasibat uçotu sənədləri” sözləri ilə əvəz edilsin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər