Vəzifəyə olan tələblər:
- Texniki ali təhsil;
- Bank sektorunda iş təcrübəsi;
- 3 ildən artıq proqramlaşdırma sahəsi üzrə təcrübəsi;
- SQL, PL/SQL bilikləri;
- ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;
- JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;
- Rus və İngilis dili bilikləri;
- Analitik təfəkkür;
- Alqoritmik düşüncə tərzi;
- Özgə kodu anlama bacarığı;
- Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazma bacarığı.
Əsas vəzifələr:
- Proqram sənədləşməsinin yaradılması və müşayiəti;
- Proqramda aşkar olunmuş səhvlərin düzəldilməsi;
- Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi;
- Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;
- Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;
- Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində İT PROQRAMLAŞDIRMA qeyd etməyiniz vacibdir.