8 C
Baku
Friday, December 13, 2024

Baş nazir büdcə müzakirələrinə qatılır

Noyabrın 13-də Milli Məclisdə (MM) 2019-cu ilin büdcə zərfinin müzakirələri yenidən başlayır.

Banker.az xəbər verir ki, üç günlük müzakirələr bu dəfə plenar iclaslarda gedəcək.

Büdcə zərfi ilə bağlı öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin və maliyyə naziri Samir Şərifovun məruzələri dinləniləcək.

Sonra müzakirələrə başlanılacaq.

Qeyd edək ki, büdcə müzakirələrində millət vəkilləri ilə yanaşı, baş nazir Novruz Məmmədov olmaqla, hökumət üzvləri də iştirak edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, büdcə zərfi bu ildən üç oxunuşdan keçiriləcək.

Xatırladaq ki, gələn ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər