16 C
Baku
Thursday, April 25, 2024

Baş nazir: Ford, Böyük Britaniyadan çıxır

ABŞ-ın avtomobil istehsalçısı Ford Motor, Böyük Britaniyadakı istehsalı başqa ölkələrə köçürmək üçün işlərini sürətləndirdiyini Baş naziri Tereza Meyə bildirib.

“The Times” qəzetində yer alan xəbərə görə, iş dünyası liderləri May ilə xüsusi görüş keçirib. Ford hazırlıqlarını bu iclasda Meyə bildirib.

Ford Böyük Britaniyada iki obyektində mühərrik istehsal edir. Şirkət İngiltərənin Avropa Birliyindən hər hansı bir müqavilə olmadan çıxması halında 1 milyard dollarlıq xərc ilə qarşı-qarşıya qalacağını keçən ay bildirmişdi.

Avtomobil və başqa sənaye şirkətləri, Avropa Birliyindən (AB) çıxmaq qərarı verən Böyük Britaniyanın AB ilə münasibətlərini tənzimləyəcək bir müqavilə bağlaya bilməməsi halında yüksək gömrük rüsumları, tədarük zənciri çatışmazlıqları və fəhlə çətinliyi yaşayacaqlarını daha əvvəl dilə gətirmişdilər.

Böyük Britaniya AB-dən 29 Martda ayrılacaq.

MənbəMarja
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər