12 C
Baku
Saturday, November 23, 2024

Baş nazir: “Hazırda valyuta ehtiyatlarımız 62.5 milyard ABŞ dollarıdır”

Ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

“2022-ci ildə ölkədə 133.8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb”, – deyə o qeyd edib.

“Hazırda valyuta ehtiyatlarımız 62.5 milyard ABŞ dollarıdır”, – deyə hökumət başçısı əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər