10 C
Baku
Friday, December 13, 2024

Baş nazir Şmıqal: Ukrayna hərbi münaqişə başlayandan bəri iqtisadiyyatının 30%-ni itirib

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, iki il davam edən hərbi əməliyyatlar nəticəsində Ukrayna iqtisadiyyatı 30% kiçilib. Bundan əlavə, müharibə zamanı 10 milyon insan ölkəni tərk edib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Biz iqtisadiyyatımızın 30%-ni, ərazilərimizin təxminən 20%-ni və 3.5 milyon iş yerimizi itirmişik”, – Denis Şmıqal söyləyib.

Fevralın 19-da Tokioda Ukraynada iqtisadi artımın və yenidənqurmanın təşviqi mövzusunda Yaponiya-Ukrayna konfransı keçirilib. Tədbirdə Denis Şmıqaldan başqa, hər iki ölkədən 130-a yaxın şirkətin nümayəndələri, eləcə də Yaponiyanın Baş naziri Fumio Kisida iştirak edib.

Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ilin sonuna qədər Ukraynanın ÜDM-nin 4.5% artacağını proqnozlaşdırıb. Fondun dekabr hesabatı göstərir ki, ümumilikdə Ukrayna iqtisadiyyatı makro göstəricilər gözlənildiyindən daha yaxşı olmaqla, “əlamətdar” dayanıqlıq nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər