10 C
Baku
Wednesday, December 11, 2024

Baş nazirdən Dövlət Komissiyası ilə bağlı – Qərar

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı” təsdiq edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiq edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun madditexniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin social müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilməlidir.

Müəyyən edilir ki, İşçi qrupunda çalışan rəhbər və digər işçilərə iş stajına, xüsusi lazımlı işlərin yerinə yetirilməsinə görə əlavələr, maddi yardım və mükafatlar “Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş qaydada ödənilir;

İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur.

Maliyyə Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir

 

 

Son xəbərlər
Digər xəbərlər