2 C
Baku
Sunday, December 15, 2024

Baş nazirdən müntəzəm sərnişin daşımaları ilə bağlı qərar

Nazirlər Kabineti 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliyi təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirməsinə icazə veriləcək.

Bundan başqa, ölkə ərazisində müntəzəm marşrutların açılmasına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutların açılmasına isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək.

Yoxlamanın nəticələri aktla rəsmiləşdiriləcək və müvafiq qurumlar tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər