-1 C
Baku
Sunday, December 15, 2024

Baş nazirin bu gün istefa verəcəyi gözlənilir

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.

Banker.az “24News”ə istinadən xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.

Son xəbərlər
Digər xəbərlər