Caspian Development Bank (CDB) ASC
Baş ofis/Maliyyə departamenti/Mühasib
Vəzifə öhdəlikləri:
– Gündəlik balansın və mənfəətin yoxlanılması;
– Hesab-faktura üzrə ödəniş tapşırıqlarının tərtibi və icrası;
– Banka aid xərclər üzrə ödəniş-tapşırıqların tərtibi;
– Məzuniyyət və ezamiyyət haqqı hesablanması;
– Təh-təl hesab şəxslərlə hesablaşmalar;
– Rəhbərliyə məcburi ehtiyyat və ani likvidlik barəsində;
– Təqaüd ilə əlaqədar DSMF-nin məlumat bazasının toplanma və təqdim olunması;
– AMB üçün həftəlik hesabatın hazırlanması;
– Ödəniş tapşırıqlarının icrasını təmin etmək;
– Əsas vəsaitlərin uçotunun aparılması;
– Azqiymətli və tezköhnələn əşyaların uçotun aparılması;
– Günün sənədlərin yoxlanılması və toplanması;
– Rəhbərliyin ayrı-ayrı tapşırıqlarını icra etmək;
– Müqavilələrin bağlanması və rəsmiləşdirilməsi, müqavilə şərtlərinə əməlolunmasına, müqavilə üzrə öhdəliklərin vaxtında və tam yerinə yetirilməsinə nəzarət edilməsi;
Tələblər:
– Ali iqtisadi təhsil;
– Bankın Maliyyə departamentində mühasib vəzifəsində ən azı 1 il iş təcrübəsi;
– Normativ təlimatları, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
– Analitik düşüncə tərzi;
– ACCA sertifikasiyası olan namizədlərə üstünlük verilir;
– Komandada işləmə bacarığı.
CV-lərinizi müraciət etdiyiniz vakansiyanın adı göstərilməklə Bankın [email protected] mail ünvanına yönəltməyiniz xahiş olunur.
Elan üzrə CV qəbulu 14 aprel 2017-ci il tarixinə qədərdir.
CDB 3 aprel Vak.