10 C
Baku
Thursday, December 12, 2024

Baş Prokurorluq “bankomat dələduzları” ilə bağlı əhaliyə xəbərdarlıq edib

Baş Prokurorluq “bankomat dələduzları” ilə bağlı əhaliyə müraciət edib:

“Bəzən sosial media səhifələrində insanların bankomatdan pul vasitələrini çıxararkən müxtəlif şəxslərin köməklik göstərmək məqsədilə onlara yaxınlaşaraq pullarını ələ keçirməsi ilə bağlı məlumatlarla rastlaşırıq. Müasir dövrdə insanların çoxunun debet və ya kredit, yaxud da hər iki bank kartı var. Bank kartlarından istifadənin çoxalması təbii ki, dələduzların və oğruların yeni metodlarla öz əməllərini həyata keçirməsinə şərait yaratmışdır. Bəzən dələduzlar bankomatlarda kartı bloklayan və onu geri verməyən cihazlar quraşdırır və bankomatın yaxınlığında gözləyərək kartını uğursuz olaraq çıxartmaq cəhdləri edən insanlara yaxınlaşıb “kömək” məqsədilə müxtəlif məsləhətlər verərək özünü təcrübəli istifadəçi kimi göstərir. “Kömək” prosesində o, müxtəlif düymələri basaraq özünü insanlara inandırmağa çalışır. Kart sahibləri isə onlara inanaraq pin-kodu həmin şəxsə verir. Dələduzlar “kömək” prosesinə bir müddət davam etdikdən sonra kart sahibinə kartın geri qaytarılmasının mümkün olmayacağını və banka müraciət etməyi məsləhət görərək oradan uzaqlaşır. Kart sahibi bankomatın yanından uzaqlaşan kimi dələduz kartı çıxardaraq pulların hamısını çəkir”.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, qeyd edilən dələduzluq halları ilə üzləşməmək üçün aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:

  • bankomat kartı geri qaytarmadıqda panikaya düşməyərək ilk növbədə kart oxuyucusunu nəzərdən keçirib oradan yad əşyanı çıxartmaq;
  • yoldan keçənlərin köməindən istifadə etməmək və pin-kodu heç bir kəsin yanında yığmamaq və heç kəsə söyləməmək;
  • kartı çıxarda bilmədikdə dərhal banka zəng edib kartın bloklaşdırılmasını tələb etmək;
  • yalnız bankın əməkdaşı kartın bloka salındığını dedikdən sonra, bankomatı tərk etmək;
  • kənar şəxslərin kartınızın pin-kodunu görməməsi məqsədilə bankomatın klaviaturasını həmişə digər əllə örtmək;
  • əməliyyatlara dair sms-məlumat xidmətindən istifadə etmək.

 

Son xəbərlər
Digər xəbərlər