Baş Prokurorluq Gömrük idarəsinin rəis müavininin intihar xəbərini təsdiq edib.
Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Belə ki, Baş Prokurorluq Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq – 13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildirir ki,faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.