14 C
Baku
Monday, May 6, 2024

Baş Prokurorluq: Nərimanovda binanın çökməsi nəticəsində xəsarət alanlar var – Yenilənib

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə Baş Prokurorluğa məlumat daxil olub.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

16:09

Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində “City Garden” layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər