18 C
Baku
Saturday, May 4, 2024

Baş prokurorun köməkçisi təqaüdə göndərildi

Yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər