9 C
Baku
Thursday, December 12, 2024

Baş prokurorun müavini: Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2.6 milyon manat ödənilib

Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon yarım manatdan çox məbləğdə pul ödənilib.

Bunu Baş prokurorun müavini Heydər Məmmədov Gəncədə Baş Prokurorluq tərəfindən keçirilən « Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfransda deyib.

Tədbirdə çıxış edən Baş Prokurorun müavini Heydər Məmmədov bildirib ki, təmiz və sağlam ətraf mühitin təmin edilməsi yolunda dövlət qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrin koordinasiyalı fəaliyyəti, effektiv ekoloji qanunlar və yaşıl dünya üçün hüquqi yeniliklərin mühüm əhəmiyyəti var.

Bu sahədə prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilərək, Ekologiya Nazirliyi və digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində işlər görülməkdədir.
“Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən ildə ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyatı üzrə göndərilib, 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib.

Bundan başqa, 2023-cü ildə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib”- deyə Baş prokurorun müavini əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər