Bu fikri Saxo Bankın baş valyuta strateqi Con Xardi bildirmişdir.
Onun Forbes-in Qazaxıstan bürosuna verdiyi müsahibədə, son dövrlər post sovet ölkələrində (Azərbaycan, Türkmənistan, Tacikistan və Rusiya) devalvasiyadan sonra xarici valyutanın satışını ya məhdudlaşdırdılar və ya ümumiyyətlə qadağa qoydular sualına belə bir cavab verib.
Əslində valyuta üzərində belə nəzarət gücsüzlük kimi qiymətləndirilir və təcrübədə o son addım kimi kütləvi devalvasiyasının qarşısını almaq, yerli valyutanın həddən artıq ucuzlaşmasının qarşısını almaq zamanı tətbiq edilir. Hətta belə bir addım atılarsa, bu müvəqqəti olmalıdır. Əks halda bu proses milli valyutanın və iqtisadiyyatın etibardan düşməsini dahada sürətləndirir, həmçinin xarici ticarət əlaqələrinin zəifləməsinə gətirib çıxarır. Müəyyən hallarda xarici malların bir qismi bazardan yoxa çıxa bilər – çünki rəsmi elan edilmiş məzənnə reallığı əks etdirmir və ticarətçi bu qiymətə valyuta ala bilmir.