7 C
Baku
Thursday, December 12, 2024

“Basqal” qoruğu və “Diri Baba” türbəsinə giriş qiymətləri açıqlandı

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, eləcə də qoruğun balansında olan “Diri Baba” türbəsində aparılan yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilən turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar rüsumlar müəyyənləşdirilib.

Avqustun 22-dən etibarən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən hamam muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün 1, xarici vətəndaşlar üçün 5 manat, “Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5 manat olaraq müəyyənləşdirilib.

Bundan əlavə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda salınan parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib.

Hər iki abidəyə Azərbaycan Respublikasının vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi ödənişsizdir.

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun iş saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. “Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-dək ziyarət üçün açıq olacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər