18 C
Baku
Saturday, May 25, 2024

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Başqırdıstan iqtisadi baxımdan inkişafına və investisiya imkanına görə Rusiyanın subyektləri arasında 4-cü yeri tutur.

Bu sözləri Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda çıxışında Başqırdıstan Respublikasının baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov deyib.

O bildirib ki, Başqırdıstan kənd təsərrüfatı məhsullarının böyük istehsalı potensialına malikdir: “Başqırdıstanda ildə 400 min tondan çox süd və süd məhsulları, 450 min ton ət və ət məhsulları, 1 milyon tona yaxın günəbaxan yağı, 12 min ton bal istehsal olunur”.

Nazir bildirib ki, Başqırdıstan özü istehsal etmədiyi məhsulları Azərbaycandan almaq və Azərbaycanın ehtiyacı olan məhsulları ixrac etmək istəyir.

“Bunun üçün qarşılıqlı əlaqələrin genişləndirilməsi, iş adamlarının və biznes strukturlarının birgə layihələr üzərində işlərini təşkil etmək lazımdır. Başqırdıstan əhatəli dəmir yolu şəbəkəsinə malikdir. Hazırda geosiyasi vəziyyətin gərgin olması ilə əlaqədar biz Asiya bazarlarına çıxmaqda maraqlıyıq və Azərbaycan ərazisindən Hindistanla yanaşı digər ölkələrə məhsul ixrac edə bilərik”, – deyə İlşat Fazraxmanov qeyd edib.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər