Başqırdıstanda sakinlərə antikovid pasportlar veriləcək.
360 TV-nin məlumatına görə, bu barədə respublika rəhbəri Radiy Xabirov sosial şəbəkədə paylaşımında bildirib
Onun sözlərinə görə, sənəd orqanizmində anticismlər olanlar – koronavirus keçirənlər, yaxud vaksinasiya olunanlara veriləcək.
Bunun sayəsində bir sıra məhdudiyyətlər aradan götürüləcək.
“Məsələn özünü təcrid rejimi çərçivəsində 65 yaşdan yuxarı insanlar mağazalara, teatrlara və sair yerlərə gedə bilər. Bir sözlə, insanlar tədricən adi həyata qayıda biləcəklər. Yeganə istisna maska rejimi olacaq. Hətta vaksinasiyadan keçənlər azı ilin sonuna qədər maskada gəzməlidir”.