ABŞ prezidenti Cozef Baydenin etimad reytinqi 42 %-ə yüksəlib ki, bu da ötən ilin iyunundan bəri ən yüksək göstəricidir.
Bu barədə “Reuters” xəbər agentliyi və “Ipsos” tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələri deyir.
Baydenin populyarlığı prezidentliyinin ilk günlərindən davamlı olaraq azalıb. Ötən ilin may-iyul aylarında bu, cəmi 36 %-ə çatıb.
Onun populyarlığında kiçik artım ABŞ-da istehlak qiymətlərinin artım tempinin 12 ayda 6,4 %-ə düşməsi ilə bağlıdır.