16 C
Baku
Friday, April 26, 2024

Bayden 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ lideri Co Bayden 2024-cü ildə yenidən seçilməyi planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə bazar ertəsi, noyabrın 22-də Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

“Bəli, bu onun niyyətidir”, – deyə o, jurnalistlərin siyasətçinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı sualını cavablandırıb.

Qeyd olunub ki, son günlər siyasətçi və onun ətrafı demokratın yeni prezidentlik müddətinə namizəd olmaq planları ilə bağlı bəyanatlarla fəal şəkildə kampaniya aparır. Bu, inflyasiya və pandemiya ilə mübarizədəki uğursuzluğu fonunda amerikalılar arasında Baydenin yaşı və reytinqinin aşağı düşməsi səbəbindən baş verir.

Xatırladaq ki, noyabrın 20-də Co Baydenin reytinqi 36%-ə düşüb. Bu göstərici onun seçilməsindən sonra ən yaxşı səviyyə olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər