6 C
Baku
Saturday, December 14, 2024

Bayden ABŞ dövlət katibinin yeni köməkçisi vəzifəsinə namizəd irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə Ceyms K O Brayenin namizədliyini irəli sürüb.

Bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Cozef Bayden Ceyms K. O Brayeni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd kimi irəli sürmək niyyətində olduğunu açıqlayıb”, – məlumatda deyilir.

OBrayen 2022-ci ildən indiyədək Dövlət Departamentinin Sanksiyalar Siyasəti Koordinasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Mart ayında Karen Donfrid Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Departamenti rəhbərinin köməkçisi vəzifəsini tərk edib.

Son xəbərlər
Digər xəbərlər