ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək.
Bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
O, bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.
C.Bayden, həmçinin söyləyib ki, Yaxın Şərqdə atəşkəsin vaxtı çatıb: “Diplomatik həll yolu hələ də mümkündür. Uzunmüddətli həll üçün yeganə yol sülhdür”.
ABŞ Prezidenti onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.