16 C
Baku
Monday, April 29, 2024

Bayden ABŞ xalqına müraciət edərək, depozit və hesabların təhlükəsizliyinə zəmanət verib

ABŞ Prezidenti Co Bayden ABŞ xalqına təcili müraciət edib. Bu, “Silicon Valley Bank” və “Signature Bank”ın dağılmasından sonra Amerika bank sistemində yaranmış vəziyyətlə əlaqəli olub.

Ölkə lideri deyib ki, “Amerika xalqı bank hesablarının təhlükəsiz qalacağına əmin ola bilər”. Bayden həmçinin bütün əmanətçilərin əmanətlərini tam şəkildə ala biləcəklərini bildirib, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.

Bayden həmçinin antiböhran tədbirlərini də açıqlayıb. Onlara daxildir:

– hər iki bankda əmanətlərə zəmanət vermək;
– bankların təcili vəsaitlərə çıxışını təmin etmək üçün yeni mexanizm yaratmaq;
– fövqəladə hallarda bankların Federal Ehtiyatlar Sistemindən (FED) borc almasını asanlaşdırmaq.

Müflis olmuş “Silicon Valley Bank” – ABŞ-ın 16-cı ən böyük bankı olub. Onun fəaliyyəti əsasən startaplara yönəlib. Kredit təşkilatında əmanətlərin 87%-i sığortalanmayıb ki, bu da əmanətçilərin vəsaitlərini geri qaytarmasını çətinləşdirir.

“SVB”nin iflasından sonra ABŞ Maliyyə Nazirliyi, Federal Ehtiyat Sistemi və Federal Əmanətlərin Sığortalanması Korporasiyası sistem əhəmiyyətli risklər səbəbindən “American Signature Bank”ı bağlamaq qərarını verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər