ABŞ prezidenti Co Bayden Avropadakı əsas müttəfiqləri ilə telefon danışığı apararaq Ukraynaya yardımı müzakirə edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Danışıqlarda Böyük Britaniyanın baş naziri Rişi Sunak, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Corciya Meloni iştirak ediblər.